EN

Rusiya Müdafiə Nazirliyi Polşanın PUA insidenti ilə bağlı açıqlamalarını şərh edib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinə zərbə endirməsi zamanı Rusiya Polşadakı hədəfləri vurmağı planlaşdırmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Zərbədə istifadə edilən və Polşa ilə sərhədi keçdiyi iddia edilən Rusiya PUA-larının maksimal uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “mövzu ilə bağlı” Polşa ilə məsləhətləşmələr aparmağa hazırdır”, - Rusiya MN-in açıqlamasında qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
10
apa.az

10Sources