AZ

Rusiya tərəfi Polşanın PUA insidenti ilə bağlı açıqlamalarını şərh edib

Rusiya Silahlı Qüvvələrinin Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinə zərbə endirməsi zamanı Rusiya Polşadakı hədəfləri vurmağı planlaşdırmayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Zərbədə istifadə edilən və Polşa ilə sərhədi keçdiyi iddia edilən Rusiya PUA-larının maksimal uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “mövzu ilə bağlı” Polşa ilə məsləhətləşmələr aparmağa hazırdır”, - açıqlamada qeyd olunub.

Qurumdan o da bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynanın İvano-Frankivsk, Xmelnitski, Jitomir, Vinnitsa və Lvov vilayətlərində müdafiə müəssisələrinə, o cümlədən zirehli texnika və aviasiya zavoduna zərbələr endirib.

Seçilən
25
4
xezerxeber.az

10Mənbələr