EN

“Sosial Tərəfdaş” loyallıq layihəsi çərçivəsində ölkə üzrə pensiyaçılar üçün geniş endirim imkanları yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sosial Tərəfdaş” loyallıq layihəsi çərçivəsində ölkə üzrə pensiyaçılar üçün geniş endirim imkanları yaradılıb.

Ölkə.az xəbər verir ki, layihənin əsas məqsədi pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq və gündəlik xərclərini azaltmaqdır. Bu proqram sayəsində pensiyaçılar supermarketlər, apteklər, klinikalar və digər xidmət sahələrində alış-veriş və xidmət zamanı xüsusi endirimlərdən yararlana bilirlər.

Endirimlərdən istifadə etmək üçün vətəndaşlar “e-Sosial” mobil tətbiqini yükləyib qeydiyyatdan keçməli, tətbiqdə göstərilən “Sosial Tərəfdaş” barkodunu ödənişdən əvvəl kassada təqdim etməlidirlər.

Endirim imkanları və iştirakçı müəssisələrin tam siyahısı ilə bağlı əlavə məlumatı aşağıdakı əlaqə vasitələri ilə əldə etmək mümkündür:

Instagram: @sosial.terefdash.az
Sayt: www.sosialterefdash.az

 

 

Chosen
4
1
olke.az

2Sources