EN

“Tottenhem” Bissumanı Türkiyə və ya Səudiyyə Ərəbistanı klubuna icarəyə verə bilər

"Tottenhem"in yarımmüdafiəçisi Yves Bisuma İngiltərə komandasını tərk edə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Football Insider" məlumat yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi komandanın yeni baş məşqçisi Tomas Frankin 2025/26 mövsümü üçün planlarında yer almayıb. Bissuma icarə əsasında Türkiyə və ya Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

Bissuma 2024/25 mövsümündə bütün yarışlarda 44 matçda 2 qol vurub. Onun "Tottenhem"lə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.

1Sources