EN

Azərbaycan İranla İsrail arasında vasitəçilik edir

“Brent” xam neftinin gələcək bazar qiymətləri, Orta Şərqdəki artan geosiyasi gərginliklər səbəbindən bu gün barreli 67 dollara çataraq ardıcıl üçüncü gündə də yüksəlişini qoruyur. Xüsusilə İsrailin Qatarın paytaxtı Dohada “HƏMAS” liderlərinə qarşı həyata keçirdiyi əməliyyatın bölgədə genişmiqyaslı qarşıdurmaları artırma riski, enerji bazarında təklifin azalması ilə bağlı narahatlıqları gücləndirib.

İsrailin yalnız Qəzzaya deyil, son iki ildə İran, Suriya, Livan və Yəmənə də əməliyyatlar həyata keçirməsi bazarda geosiyasi risk qazancını yüksəldən əsas amillərdən biridir. Bölgədə baş verə biləcək münaqişələr, xüsusilə enerji xətləri və istehsal mərkəzlərinə zərər vermə potensialı səbəbindən neft qiymətlərinə təzyiq göstərir.

Neft qiymətlərindəki artımı stimullaşdıran digər amil isə OPEC+ ölkələrinin Oktyabr ayında tətbiq edəcəyi istehsal siyasətinə dair açıqlamalarıdır. OPEC+ ölkələri oktyabr ayı üçün gündəlik istehsalı yalnız 137 min barrel artırmaq qərarı verib. Bu, əvvəlki aylardakı artımlarla müqayisədə aşağıdır. Bu da təklifin qiymətlər üzərində sakitləşdirici təsirinin məhdud olmasına səbəb olur.

Buna baxmayaraq, ABŞ-da açıqlanan göstəricilər xam neft ehtiyatlarının keçən həftə 1,25 milyon barrel artdığını göstərir. Bu artım əvvəlki həftəki 620 min barrel artımla müqayisədə daha böyük olsa da, qlobal təklifin kifayətliliyi ilə bağlı narahatlıqları azaltmaq üçün yetərli deyil.

Geosiyasi gərginliklərə əlavə olaraq, ABŞ Prezidenti Donald Trampın Avropa Birliyinə Çin və Hindistan mənşəli məhsullara 100% gömrük vergisi tətbiq etmə çağırışı da qiymətlərdə oynaq vəziyyət yarada biləcək digər amil kimi ortaya çıxır. ABŞ-ın buna bənzər qarşı tədbirlər alacağı siqnalı, qlobal ticarət axınında qeyri-müəyyənlik yarada bilər.

Bütün bu hadisələr enerji bazarında həm siyasi, həm də iqtisadi risk qavrayışını artırır və neft qiymətlərinin gələcəkdə də bu təsirlər altında olacağı gözlənilir.

 

EIA və “Barclays”dən fərqli neft proqnozları

 

ABŞ Enerji Nazirliyinə bağlı “Enerji Məlumat İdarəsi (EIA)”, 2025-ci il üçün “Brent” neft qiyməti proqnozunu 0,86% artıraraq barreli 67,8 dollara yüksəldib. Lakin EIA, qısa müddətli qiymət düşüşünü proqnozlaşdıraraq ilin dördüncü rübündə orta qiymətin 59 dollar səviyyəsinə enəcəyini bildirir. 2026-cı il üçün isə orta “Brent” qiymət proqnozu 51 dollar olaraq göstərilib.

Azərbaycan brendi “Azeri Light” nefti sutkalıq göstəricilərə görə 0,65 dollar və ya 0,88 % bahalaşaraq, 74,32 dollara ticarət olunur.

Digər tərəfdən “Barclays” 2026-cı il üçün proqnozunu endirərək “Brent” neftinin varil başına qiymətini 66 dollara çəkib. Bank, OPEC+ın könüllü təklif kəsintilərini 2026-cı ilin Sentyabr ayına qədər sona çatdıracağını və istehsal səviyyələrində mərhələli artım olacağını gözləyir. “Barclays”ə görə, mövcud istehsal artımı sürəti qorunarsa, 2023-cü ilin Mayında başlayan ümumi kəsintinin bir il ərzində tamamilə aradan qaldırılması mümkündür.

Chosen
31
vaxt.az

1Sources