EN

Peskov xarici qoşunların Ukraynaya göndərilməsinin ağır nəticələri barədə xəbərdarlıq etdi

"Avropa ölkələri Ukraynaya qoşun yeritməyin dəhşətli nəticələrini anlamırlar".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Quduz mövqe tutan, belə ehtiyatsız hərəkətlərin dəhşətli nəticələrini ya başa düşməyən, ya da anlamaq istəməyən kifayət qədər ölkələr var", - o bildirib.

Onun sözlərinə görə, Kreml Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək imkanları ilə bağlı mövqeyində hər hansı dəyişiklikdən xəbərsizdir.

Chosen
61
2
operativmm.az

3Sources