"Avropa ölkələri Ukraynaya qoşun yeritməyin dəhşətli nəticələrini anlamırlar".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Quduz mövqe tutan, belə ehtiyatsız hərəkətlərin dəhşətli nəticələrini ya başa düşməyən, ya da anlamaq istəməyən kifayət qədər ölkələr var", - o bildirib.
Onun sözlərinə görə, Kreml Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək imkanları ilə bağlı mövqeyində hər hansı dəyişiklikdən xəbərsizdir.