EN

"Qəbələ"

Rüfət Əhmədov yenidən yetirməsi olduğu “Qəbələ”nin formasını geyinəcək.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisi “Turan Tovuz”dan icarəyə götürülüb. O, mövsümün sonunadək “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib. 

 Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

Chosen
7
19
operativmedia.az

10Sources