AZ

“Qəbələ” öz yetirməsini “Turan Tovuz”dan icarəyə götürdü

"Qəbələ" akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisisi“Turan Tovuz”dan icarəyə götürülüb. O,mövsümün sonunadək "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq.

Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.

“Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

Seçilən
24
19
sportinfo.az

10Mənbələr