Türkiyəli sabiq referi Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsindəki "Benfika" ilə matçın hakim-inspektoru olacaq.
O, ötən mövsüm Azərbaycan çempionunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirdiyi matçda da eyni funksiyasını yerinə yetirmişdi.
Qeyd edək ki, sentyabrın 16-da Lissabonda təşkil ediləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.