AZ

Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat alıb

Türkiyənin FIFA dərəcəli keçmiş hakimi Cüneyt Çakır "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirəcəyi oyuna təyinat alıb.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi Ağdam klubunun Portuqaliyada "Benfika"ya qarşı oynayacağı matçın hakim-inspektoru olacaq.

O, ötən mövsüm Azərbaycan çempionunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirdiyi matçda da eyni funksiyasını yerinə yetirmişdi.

Qeyd edək ki, sentyabrın 16-da Lissabonda təşkil ediləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz

Seçilən
15
8
idman.biz

10Mənbələr