EN

Qalatasaray ulduz futbolçu üçün səfərbər oldu

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qalatasaray" Hakan Çalhanoğlunun transferi ilə bağlı "İnter" klubu ilə razılığa gələ bilər.

Metbuat.az xəbər verir ki, tərəflər arasındakı razılığın mövsümün fasiləsindəki transfer pəncərəsi dövründə əldə edilə biləcəyi irəli sürülüb. İddialara görə, "Qalatasaray"ın bundan əvvəlki təklifləri "İnter" tərəfindən rədd edilib. "Qalatasaray"ın "İnter"ə futbolçu üçün 15-20 milyon avro təklif etdiyi iddia edilmişdi.

Bundan əvvəl, futbolçunun "Qalatasaray" formasını geyinmək istədiyi barədə Türkiyə nəhənginin rəhbərliyinə mesaj göndərdiyi barədə xəbərlər dərc edilmişdi. O, transferin reallaşması üçün əlindən gələni edəcəyini ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
metbuat.az

2Sources