EN

Federiko Kyeza “Liverpul”da qalmaq qərarı verib

“Liverpul”un cinah hücumçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirmək niyyətindədir.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı məlumata görə, 27 yaşlı futbolçu yay transfer pəncərəsində onunla maraqlanan Türkiyənin "Beşiktaş", İtaliyanın “İnter” və “Napoli” klublarının təkliflərini qəbul etməyib.

Kyeza komandasını dəyişmək istəməyib və “Liverpul”da qalaraq yüksək səviyyəli futbolçularla rəqabət aparmaq qərarına gəlib. O, baş məşqçi Arne Slotun rəhbərliyi altında özünü göstərməkdə qətiyyətlidir.

İngiltərə Premyer Liqasının cari mövsümündə Kyeza 3 oyunda meydana çıxıb və 1 qola imza atıb. Futbolçunun “Liverpul”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Chosen
96
90deqiqe.az

1Sources