EN

İsrail Yəmən Müdafiə Nazirliyinə zərbələr endirib, ölənlər var

İsrail Ordusu Yəməndə husilərin raket buraxılış məntəqələrini, qərargahını, Müdafiə Nazirliyinin binasını və hərbi düşərgələri hədəf alıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

İsrailin müdafiə naziri İsrail Katz husilərə daha bir ağır zərbə vurduqlarını bəyan edib:
“Biz daha çox zərbə endirəcəyimizə söz verdik və bu gün Yəməndəki husilərə daha bir ağır zərbə vurduq. IDF (İsrail Müdafiə Qüvvələri) indicə Səna və Yəmənin digər bölgələrində husilərin hərbi düşərgələrini, o cümlədən onların təbliğat şəbəkəsini vurdu. İsrailin uzun qolu vətəndaşlarımızı təhdid edən hər yerə çatacaq”.

Husilər isə İsrailin hücumunun çoxunun qarşısını aldıqlarını bildirib.

“Al Hadath” telekanalının  məlumatına görə, Sənada Müdafiə Nazirliyinin binasına hücum nəticəsində ölənlər var. Husilərin Səhiyyə Nazirliyi 9 nəfərin öldüyünü, 118 nəfərin isə yaralandığını açıqlayıb.

AzPost.az

Chosen
5
9
azpost.info

10Sources