İsrail Ordusu husilərin raket buraxılış məntəqələrini, qərargahını, Müdafiə Nazirliyinin binasını və hərbi düşərgələri hədəf alıb.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
“Biz daha çox zərbə endirəcəyimizə söz verdik və bu gün Yəməndəki husilərə daha bir ağır zərbə vurduq. IDF (İsrail Müdafiə Qüvvələri) indicə Səna və Yəmənin digər bölgələrində husilərin hərbi düşərgələrini, o cümlədən onların təbliğat şəbəkəsini vurdu. İsrailin uzun qolu vətəndaşlarımızı təhdid edən hər yerə çatacaq”.
Husilər isə İsrailin hücumunun çoxunun qarşısını aldıqlarını bildirib:
“Hava hücumundan müdafiə qüvvələrimiz bir neçə “yer-hava” tipli raketlər buraxaraq, düşmənin bəzi birləşmələrini geri çəkilməyə məcbur edib”.