EN

İğdır Universitetinin rektoru ADU-da

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Türkiyənin İğdır Universitetinin rektoru professor Əkrəm Güreli qəbul edib.

Axar.az xəbər verir ki, görüş zamanı iki universitet arasında akademik və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Xüsusilə tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi, simpozium və konfransların təşkili kimi mövzular diqqət mərkəzində olub.

Həmçinin Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin “Bir millət, iki dövlət” prinsipi üzərində qurulduğu vurğulanaraq, universitetlərarası əlaqələrin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı bildirilib ki, 10 oktyabr 2025-ci ildə İğdır Universitetinin ev sahibliyi ilə keçiriləcək “Dədə Qorqud Paneli”ndə ADU-nun rektoru, akademik Kamal Abdulla açılış nitqi ilə çıxış edəcək. Həmin gün iki universitet arasında əməkdaşlıq protokolunun da imzalanacağı nəzərdə tutulur.

Chosen
1
4
axar.az

5Sources