AZ

ADU ilə İğdır Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Türkiyənin İğdır Universitetinin rektoru professor Ekrem Güreli ilə görüşüb.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Qeyd olunub ki, görüş zamanı iki universitet arasında akademik və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Xüsusilə tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi, simpozium və konfransların təşkili kimi mövzular diqqət mərkəzində olub. Həmçinin universitetlərarası əlaqələrin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı bildirilib ki, oktyabrın 10-da İğdır Universitetinin ev sahibliyi ilə keçiriləcək “Dədə Qorqud Paneli”ndə akademik Kamal Abdulla açılış nitqi ilə çıxış edəcək. Həmin gün iki universitet arasında əməkdaşlıq protokolunun da imzalanacağı nəzərdə tutulur.

Rektor Ekrem Gürel görüşün iki universitet arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da gücləndirəcəyinə əmin olduğunu ifadə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
azertag.az

5Mənbələr