EN

Nuri Şahinin yeni iş yeri müəyyənləşir

Türk futbolunun tanınmış simalarından olan Nuri Şahin karyerasında yeni səhifə açmağa yaxındır.

Fanat.Az xəbər verir ki, gənc mütəxəssisin “Başakşehir”in yeni baş məşqçisi təyin olunacağı gözlənilir.

Türkiyəli jurnalist Salim Manavın verdiyi məlumata görə, tərəflər arasında danışıqlar müsbət yöndə irəliləyir və yaxın günlərdə rəsmi açıqlama verilə bilər.

Xatırladaq ki, futbolçu karyerasını “Real Madrid”, “Borussiya Dortmund”, “Liverpul” və “Verder Bremen” kimi klublarda keçirən Şahin, məşqçiliyə Türkiyədə “Antalyaspor”da başlamışdı.

O, taktiki baxışı və gənc oyunçulara verdiyi önəmlə diqqət çəkir.

Kamil Xudiyev

Chosen
24
1
fanat.az

2Sources