Bu həftəsonu UFC-də növbəti döyüş gecəsi keçiriləcək.
Offsideplus.az xəbər verir ki, gecənin əsas tədbiri braziliyalılar Dieqo Lopes və Jan Silva arasında baş tutacaq. D.Lopes son döyüşünü aprel ayında Aleksandr Volkanovskiyə qarşı keçirib və məğlub olub. Həmin kartda döyüşən Jan Silva Brays Miçelə qalib gəlmişdi.
Gecənin ikinci əsas döyüşündə Rob Font və David Martinez üz-üzə gələcək.
Qeyd edək ki, UFC Döyüş Gecəsi Bakı vaxtı ilə 14 sentyabr saat 02:00-da baş tutacaq.