Gəncədə azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, 2017-ci il təvəllüdlü A.Abbasova velosipeddən yıxılaraq xağır xəsarət alıb.
Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.