EN

ABŞ-da bayraqlar endiriləcək

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sağçı fəal və onun yaxın tərəfdarı olan Çarli Kirkin qətlə yetirilməsi ilə bağlı ölkə üzrə bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.

Qeyd edək ki, Kirkin ölümü ABŞ-da böyük rezonans doğurub. Onun həm Respublikaçılar Partiyası, həm də Tramp tərəfdarları arasında simvolik fiqur kimi tanındığı vurğulanır.

Bayraqlar bütün federal binalarda və dövlət qurumlarında yas nişanəsi olaraq yarıya qədər endiriləcək.  

Qeyd edək ki, ABŞ-ın Yuta ştatının Orem şəhərində keçirilən universitet tədbiri zamanı tanınmış siyasi fəal Çarli Kirk silahlı hücuma məruz qalıb. Kirk boyun nahiyəsindən güllə yarası alıb. O xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb. 

 

Musavat.com

Chosen
35
6
musavat.com

10Sources