EN

BMT İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub (VİDEO)

Bakı. Trend:

BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanınbəyanatı təqdim olunub.

Trend xəbər verirki, məlumatı Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digərbeynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi "X" sosialşəbəkəsində yayıb.

Bəyanatda vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü vəsuverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurdagenişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma işləri həyatakeçirir.

"Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində sosial xidmətlərşəbəkəsinin qurulması, infrastrukturun inkişafı, mənzil vəməşğulluq imkanlarının yaradılması, eləcə də qayıdan keçmiş məcburiköçkünlər üçün səhiyyə və təhsil xidmətlərinin təmin olunmasıistiqamətində addımlar atılır. Artıq 50 mindən çox insan doğmayurdlarına geri dönüb", – bəyanatda qeyd olunub.

Sənəddə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesindəmühüm nəticələrin əldə edildiyi vurğulanıb. Bu kontekstdə 2025-ciil avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev,Ermənistanın Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə BirgəBəyannamənin imzalanması xüsusi qeyd edilib.

"Birgə Bəyannamədə iki ölkə arasında nəqliyyat və kommunikasiyaxətlərinin açılması öhdəliyi nəzərdə tutulur. Bu addım təkcəregiona deyil, daha geniş coğrafiyaya fayda verəcək. Bundan başqa,Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərinqurulması haqqında Saziş layihəsini də paraflayıb. Bu sənədmehriban qonşuluq əlaqələrinin əsasını müəyyən edir. Biz üzvdövlətləri bu səylərə dəstək verməyə çağırırıq", – bəyanatdabildirilib.

Chosen
51
az.trend.az

1Sources