EN

ABŞ-da məktəbdə atışma: şagirdlər xəsarət aldı

ABŞ-ın Kolorado ştatında orta məktəbdə atışma olub.

Publika.az "CNN"ə istinadən xəbər verir ki, Everqrin şəhərindəki orta məktəbdə baş verən atışmadan sonra 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin şagird olduğu açıqlanıb.

Məktəb müvəqqəti bağlanıb və yerli sakinlərdən ora yaxınlaşmamaq xahiş olunub.

Chosen
72
1
publika.az

2Sources