ABŞ-ın Kolorado ştatında orta məktəbdə atışma olub.
Publika.az "CNN"ə istinadən xəbər verir ki, Everqrin şəhərindəki orta məktəbdə baş verən atışmadan sonra 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin şagird olduğu açıqlanıb.
Məktəb müvəqqəti bağlanıb və yerli sakinlərdən ora yaxınlaşmamaq xahiş olunub.