EN

Şahzadə Harri və Kral III Çarlz Londonda bir araya gəldi - 54 dəqiqəlik görüş...

Şahzadə Harri 19 aydan sonra ilk dəfə Böyük Britaniya kralı III Çarlzla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Bukingem sarayının nümayəndəsinə istinadən məlumat yayıb.

Ata və oğul arasında görüş kral ailəsinin Vestminsterdəki iqamətgahı olan "Clarence House"da baş tutub.

Görüş çay süfrəsində keçirilib və 54 dəqiqə davam edib.

Şahzadə Harri Böyük Britaniyaya dörd günlük səfər edib. III Çarlz Londona xərçəngdən müalicə aldığı Aberdinşirdən sentyabrın 8-də gəlib. Həmin gün şahzadə nənəsi Kraliça II Yelizavetanın xatirəsini yad edərək Vindzor qəsrinə əklil və gül dəstələri qoyub, daha sonra xeyriyyə təşkilatının himayədarı kimi Londonda "WellChild Awards" mərasimində iştirak edib.

Chosen
27
publika.az

1Sources