BAKI, 11 sentyabr. TELEQRAF
Sentyabrın 10-da İsrailin Qəzzaya tətbiq etdiyi dəniz blokadasını yarmağı hədəfləyən “Qlobal Sumud Flotiliyası”nın (GSF) gəmilərindən birinə edilən hücum qəsdən törədilib.
Teleqraf xəbər verir ki, bu barədə Tunis Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
“Sidi-Bu-Səid limanına yan almış gəmilərdən birinə edilən hücum planlaşdırılmış olub", - DİN bəyan edib.
Faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, flotiliyanın heyətinə daxil olan şəxslər arasında məşhur isveçli fəal Qreta Tünberq də var.