EN

"Qalatasaray"ın futbolçusu Super Liqada klubunu dəyişə bilər

Bakı. Trend:

"Qalatasaray"ın futbolçusu Ahmed Kutucu Super Liqada klubunudəyişə bilər.

Trend xəbər verir ki,"Göztepe" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə"Fanatik" nəşri məlumat yayıb.

İzmir təmsilçisi Ahmedi icarəyə götürmək üçün "cim bom"a rəsmitəklif göndərib. "Göztepe" 25 yaşlı ön xətt oyunçusunun maaşınınhamısını ödəməyə hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Ahmed Kutucunu bu ilin yanvar ayında"Eyüpspor"dan transfer edib. Türkiyə millisinin üzvü"sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qolvurub.

Chosen
43
2
az.trend.az

3Sources