EN

Regionda amansız təsir savaşı gedir RƏY

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Lavrovun açıqlamaları sülhün keyfiyyətindən çox “şəriklik” yarışıdır

Rusiya xarici işlər naziri Sergey Lavrovun Vaşinqton razılaşmasına dair açıqlamaları Kremlin mövqeyini ortaya qoydu. S.Lavrov Vaşinqtonda əldə olunan razılaşmanın Moskvanın 2020-2022-ci illərdəki üçtərəfli sazişlərinə əsaslandığını iddia etdi. XİN başçısı razılaşmanı şübhə altına alaraq mətndə bütün məsələlərin razılaşdırılmadığını söylədi. 

Nazirin fikrincə, Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanmış sülh sazişində hələ də ölkələr arasında müzakirələrə səbəb məqamlar var: "Vaşinqtondakı görüşdən sonra ilk bir neçə gündə eşidilən həvəsli rəylər – bu nidalar sonradan skeptik qiymətləndirmələrlə əvəz olundu. Göründüyü kimi, orada heç də hər şey razılaşdırılmayıb". 

Rusiya rəsmisinin bəyanatlarını Sherg.az-a şərh edən Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib ki, Qarabağ probleminin həlli regionda bir çox gizli çəkişmələri üzə çıxarıb. Partiya rəhbərinin sözlərinə görə, bir daha aydın olur ki, regiona təsir uğrunda amansız mübarizə gedirmiş:

 "Bu da problemin nə qədər böyük olduğunu, lakin Azərbaycanın belə bir ciddi məsələni həll etdiyini göstərir. Kimin nə deməyindən asılı olmayaraq sülh prosesinin əsasını Azərbaycan qoyub və indi də onu irəliyə doğru ölkəmiz aparır. Belə ki, Qarabağ probleminin qaldığı müddətdə regionda davamlı sülhdən danışmaq mümkün deyildi. Azərbaycan-Ermənistan arasındakı münaqişəli durum hər an böyük müharibəyə çevrilə və bu prosesə region dövlətləri də qoşula bilərdi". 

M.Rəhimov əlavə edib ki, bəzən sülhün yaradılması üçün güc faktoruna da ehtiyac olur:

"Azərbaycanın işğal altındakı rayonlarında olduğu kimi. Ermənistan ordusunun başı əzilməsəydi, onlar reallığı dərk edə bilməzdilər. Ancaq indi özlərini əvvəlkindən kifayət qədər fərqli və adekvat aparırlar. S.Lavrovun açıqlamaları sülh prosesinin keyfiyyəti üzərində deyil, kəmiyyət göstəriciləri üzərində gəzişmələrdən başqa bir şey deyil. Həyat da göstərir ki, qalibiyyətin şəriki çox olur. İndi Rusiya və ABŞ regionda əldə edilmiş sülh mühitini öz adlarına çıxmağa çalışırlar. Lavrovun açıqlamaları da buna xidmət edir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
sherg.az

2Sources