EN

Bu tarixlərdə dövlət qurumlarının əməkdaşları məsafədən İŞLƏYƏCƏK? - DİQQƏT

Sentyabrın 19–21-də Bakıda keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi paytaxtda böyük beynəlxalq maraq doğuran idman hadisəsi olacaq. Lakin bu tarixlərin tədris mövsümünün başlanması ilə üst-üstə düşməsi şəhərdə nəqliyyat hərəkətliliyinin kəskin şəkildə artmasına səbəb ola bilər. Məktəblərin və universitetlərin açılması ilə yanaşı, yarış günlərində paytaxtın mərkəzi küçələrində hərəkət məhdudiyyətlərinin tətbiqi əlavə sıxlıq yarada bilər. 

Bu dövrdə nəqliyyat yükünü azaltmaq üçün dövlət qurumlarında və özəl sektorda qismən evdən işləmə qərarı verilə bilərmi?

Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, bu, çox aktual mövzudur:

"Hazırda Bakıda yolların həm gündəlik yükü, həm də əlavə tədbirlər səbəbilə sıxlıq altında qalması realdır. Formula 1-ə qədər məktəblərin açılışını bir neçə gün gecikdirmək yolların yükünü azaldar. Distant dərslər - ən azı mərkəzə yaxın məktəblərdə uşaqların və valideynlərin hər gün yollara çıxmasını azaldar. Mümkun olan iş yerlərində də məsafadən iş rejiminə keçmək də yolların yükünun azalmasına töhfə verə bilər. Təhlükəsizlik baxımından da izdihamın azalmasına müsbət təsir edər".

İqtisadçı qeyd edib ki, lakin bu təhsil prosesinin vaxtında başlamamasına səbəb olar və tədris ili planına əlavə düzəliş tələb edər. 

"Distant rejim yalnız bəzi məktəblərdə effektiv ola bilər, hər yerdə yox. Yəni bu variant fövqəladə tədbir kimi düşünülə bilər, amma əsas həll mexanizmi deyil. Dövlət qurumları və iri şirkətlərə məktəblərin açılışı ilə Formula 1 dönəmində “hibrid” və ya “distant iş rejimi” tövsiyə oluna bilər. Mərkəzə yaxın məktəblərdə dərs saatlarını dəyişmək, məsələn, ikinci növbəyə keçirmək və ya dərsə daha gec başlamaq yollardakı pik saat sıxlığını azaldar. Şəhərdaxili avtobusların, xüsusilə metroya paralel işləyən ekspress marşrutların sayı artırıla bilər. Formula 1 və məktəb mövsümündə taksilərin süni qiymət artımının qarşısını almaq üçün müvəqqəti dövlət nəzarəti tətbiq edilə bilər."

Akif Nəsirli əlavə edib ki, mərkəzi küçələrdə müvəqqəti velosiped yolları və piyada keçidləri təşkil edilməklə insanların alternativ hərəkət imkanları genişləndirilə bilər. Yük maşınları və tikinti texnikasının pik saatlarda mərkəzə girişinə məhdudiyyət qoymaq olar.

Aqil Qarayev

Chosen
43
2
news24.az

3Sources