EN

BMT-də Azərbaycanın bəyanatı səsləndirildi

BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub.

Publika.az xəbər verir ki, məlumatı Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində yayıb.

Bəyanatda vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma işləri həyata keçirir.

"Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində sosial xidmətlər şəbəkəsinin qurulması, infrastrukturun inkişafı, mənzil və məşğulluq imkanlarının yaradılması, eləcə də qayıdan keçmiş məcburi köçkünlər üçün səhiyyə və təhsil xidmətlərinin təmin olunması istiqamətində addımlar atılır. Artıq 50 mindən çox insan doğma yurdlarına geri dönüb", – bəyanatda qeyd olunub.

Sənəddə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesində mühüm nəticələrin əldə edildiyi vurğulanıb. Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması xüsusi qeyd edilib.

Chosen
35
publika.az

1Sources