EN

“OpenAI” və “Oracle” $300 milyardlıq müqavilə imzaladılar

“ChatGPT”nin tərtibatçısı “OpenAI” şirkəti süni intellektin (Sİ) inkişafı üçün hesablama gücünün artırılması məqsədilə “Oracle” korporasiyası ilə 5 il müddətinə 300 milyard dollarlıq müqavilə bağlayıb. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bildirilir ki, “Oracle”ın yeni gəlirlərinin böyük hissəsi “OpenAI” ilə bağlanan müqavilədən əldə olunan mənfəətlə bağlıdır. Müqavilənin məbləği “OpenAI”nin mövcud gəlirlərini xeyli üstələyir və bulud hesablama sahəsində indiyədək bağlanmış ən iri müqavilələrdən biri hesab olunur. Qeyd olunur ki, belə bir məlumat emalı mərkəzinin fəaliyyəti üçün 4.5 qiqavat güc tələb olunacaq ki, bu da təxminən 4 milyon evin enerji istehlakına bərabərdir.

Bundan əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, “Oracle”ın həmtəsisçisi Larri Ellison şirkətin səhmlərinin sürətli artımı fonunda ilk dəfə olaraq dünyanın ən varlı insanı olub və sahibkar İlon Maskı geridə qoyub. Artımın səbəbi şirkətin 2026-cı maliyyə ilinin birinci rübü üzrə maliyyə hesabatı olub. Hesabata görə, “Oracle”ın gəliri 12% artaraq 14.9 milyard dollar təşkil edib, gələcək öhdəliklərin (RPO) həcmi isə 359% artaraq 455 milyard dollara çatıb.

Chosen
31
banker.az

1Sources