EN

Bakıda azyaşlı bağçada zorakılığa məruz qaldı DİN araşdırmalara BAŞLADI FOTO VİDEO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Nəsimi rayonunda yerləşən "Barama" adlı uşaq bağçasında azyaşlının şiddətə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov oxu.az-a bildirib ki, sentyabr ayının 2-də Bakının Nəsimi rayonunda yerləşən bağçaların birində uşağa qarşı kobud rəftar edilməsi ilə bağlı polisə məlumat daxil olub: "Məsələ ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır".Qeyd edək ki, Bakının Nəsimi rayonunda yerləşən uşaq bağçasında dayə uşaqlardan birinə qarşı kobud rəftar edib. Bu barədə uşağın valideyni Aysel Geibi Mokarrami Baku.ws-in "qaynar xətti"nə şikayət edib.Onun sözlərinə görə, Hüseynbala Əliyev küçəsi, 21A ünvanında yerləşən "Barama" adlı uşaq bağçasında övladı A.G.M. Fatimə adlı dayə tərəfindən şiddətə məruz qalıb."Dayə uşağın boğazından tutub və qaldırıb. Uşağın boğazında və qollarında cızıq izləri var. Bu barədə hüquq-mühafizə orqanlarına bildirmişik. Ekspert rəyini isə bu gün hazır ediblər. İstəyirəm ki, övladıma bunu edən cəzalandırılsın", - deyə Aysel Geibi Mokarrami bildirib.Xatırladaq ki, Bakıda yerləşən "Predu" uşaq bağçasında da tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
6
bizim.media

10Sources