EN

Yüksək balla ali təhsil müəssisələrinə qəbul olan məzunlarla görüş keçirilib

Cəlilabad rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 2025-2026-ci tədris ilində yüksək balla ali təhsil müəssisələrinə qəbul olan məzunları ilə görüş keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon təhsil sektorunun müdiri İlkin Zeynalov, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Çıxış edən rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qalib ölkəmizin qüdrətli gələcəyinə hesablanmış, milli mənafelər üzərindən qurulan təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı inkişafı dayanır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də uğurlu təhsil və gənclər siyasətinin nəticəsində mümkün olub.

Məzunlarla səmimi söhbət edən RİH başçısı bir daha təbriklərini çatdıraraq təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzulayıb, ümidvar olduğunu bildirib ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.

Həmçinin çıxış edənlər ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər.

Sonda yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan tələbələrə fəxri fərmanlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib. 

 "Azərbaycan"

1Sources