EN

Çexiya ordusuna 174 milyon avroluq atıcı silahlar tədarük olunacaq » AzadMedia.az


Çexiya silah istehsalçısı "Česka Zbrojovka" milli ordunun ehtiyacları üçün 4,26 milyard kron (təxminən 174 milyon avro) dəyərində atıcı silahlar təmin edəcək.

Bu barədə "Novinky" xəbər portalı məlumat yayıb.

Qeyd olunur ki, müqaviləyə əsasən orduya CZ BREN 2 tüfəngləri, qumbaratoylar, tapançalar və bu silahlar üçün ləvazimatlar tədarük olunacaq.
Chosen
12
3
azadmedia.az

4Sources