EN

Lukaş Fabianski “Vest Hem”ə qayıtdı

Futbol üzrə Polşa milli komandasının qapıçısı Lukaş Fabianski yenidən İngiltərənin “Vest Hem” klubuna qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

“Çəkicdöyənlər” 40 yaşlı qolkiperlə cari mövsümünün sonuna qədər müqavilə imzalayıblar.

Xatırladaq ki, Fabianski daha əvvəl “Vest Hem”in heyətində 7 mövsüm keçirib. O, bu komandanın heyətində 216 oyunda meydana çıxıb, 290 qol buraxıb, 55 matçda qapısını toxunulmaz saxlayıb. Lukaş 2023-cü ildə bu komanda ilə Avropa Konfrans Liqasının qalibi olub.

Maraqlıdır ki, “Vest Hem” 2018-ci ildə 8 milyon avro müqabilində heyətinə qatdığı Fabianski ilə bu yay vidalaşdığını açıqlamışdı. Lakin görünür ehtiyat qapıçı tapa bilməyən Premyer Liqa təmsilçisi yenidən onu heyətinə qaytarmağa qərar verib.

Fabianski daha öncə “Lex” (Poznan), “Legiya” (Varşava), “Arsenal”, “Suonsi Siti” kimi klubların da şərəfini qoruyub.

Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Fabianski 2006-cı ildə debüt etdiyi əsas millidə 57 oyun keçirib, 45 qol buraxıb, 27 matçda qapısını toxunulmaz saxlayıb.

error: Məzmun qorunur!
Chosen
19
8
arena.az

10Sources