AZ

Yasin Adli “Milan”ı “Əl-Şabab”a dəyişdi

İtaliyanın “Milan” klubunun dayaq yarımmüdafiəçisi Yasin Adli bundan sonra “Əl-Şabab”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytına istinadən xəbər verir.

“Əl-Şabab” əslən Əlcəzairdən olan fransalı futbolçunu 7 milyon avro müqabilində heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Yasin Adli PSJ-nin yetirməsidir. “Bordo”da da oynamış 24 yaşlı futbolçu 2021-ci ildə 8,75 milyon avro müqabilində “Milan”a keçmişdi. Amma o, İtaliya nəhənginin heyətində həmin dövrdən bəri cəmi 39 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.

“Milan” Adlini son mövsümlərdə “Bordo” və “Fiorentina”ya icarəyə vermişdi. Yarımmüdafiəçi 2024/2025-ci illər mövsümündə icarə əsasında formasını geyindiyi Florensiya klubunun heyətində 35 matça çıxıb, 5 qola və 7 məhsuldar ötürməyə imza atıb.

Adli vaxtilə Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmasında da forma geyinib. Amma ona əsas millidə debüt etmək qismət olmayıb.

error: Məzmun qorunur!
Seçilən
12
6
arena.az

10Mənbələr