EN

Zərdabda toyda xuliqanlıq edən üç nəfər saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zərdab rayonunda toyda xuliqanlıq edən şəxslər saxlanılıblar.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 7-də rayonun Burunlu kəndi ərazisində baş verib.
Kənd ərazisində keçirilən toy mərasimində üç nəfər xuliqanlıq edib.
Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədən Fərhad Quliyev, Habil İsgəndərov və oğlu Coşqun İsgəndərov saxlanılıblar.
Faktla bağlı RPŞ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Samir Əli
Chosen
73
oxu.az

1Sources