EN

Səmərqənddə keçirilən forum Azərbaycan və Özbəkistan sənətkarlarını bir araya gətirdi - FOTOLAR

Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Azərbaycan və Özbəkistanın Mədəni İrsi” beynəlxalq forumu çərçivəsində layihənin üçüncü günü Səmərqənddə 3 Emalatxanada sənətkarlar ilə görüş keçirildi.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova forumun son günündə hamını bir daha salamlayıb və iştirakçılara fəallığına, dəyərli çıxışlarına və müzakirələrə verdikləri dəstəyə görə minnətdarlığını və forumun uğurla başa çatmasına nail olduqlarına sevindiyini bildirdi. İlk növbədə tədbirin təşkilinə dəstək göstərən Səmərqənd rəhbərliyinə,həmçinin Qadın və Qızlar Assosiasiyasının sədri Nəsibə Miradilovaya xüsusi təşəkkürünü etdi.Bu forumda hər iki ölkənin sənətkarları bir araya gələrək ustad dərsləri, təcrübə mübadiləsi və açıq müzakirələr apardılar. Emalatxanalarda iştirakçılar ənənəvi sənət nümunələrinin hazırlanma üsullarını yaxından izləyib, həmçinin ustalardan öyrənmək imkanı əldə etdilər. Bıçaqçılıq, tikmə və adras hazırlanma prosesi üzrə master klass oldu.

Bu forum Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə, qədim sənət irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etməklə başa çatdı.

"Cebheinfo.az"

Chosen
11
4
cebheinfo.az

5Sources