EN

Azərbaycan ərazisinə keçən İran vətəndaşları saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, sentyabr ayının 9-da DSX Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İran Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb.

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.

8a46cfd2

Chosen
11
27
poliqon.az

10Sources