EN

Qəza olub, xəsarət alanlar var FOTO

Babək rayonunda qəza olub, 3 nəfər xəsarət alıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda baş verib. 

Qəza zamanı 72-BF-163 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə 67-AA-032 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub. Hadisə zamanı 1987-ci il təvəllüdlü Novruzov Orxan Nüsrət oğlu, Əkbərov Səfər Mahmut oğlu və 1989-cu il təvəllüdlü Rzayev Rahib Elxan oğlu xəsarət alıblar. 

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Chosen
139
5
news24.az

6Sources