AZ

Babək rayonunda qəza olub: 3 nəfər xəsarət alıb - FOTOLAR

Babək rayonunda qəza olub, 3 nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda baş verib. Qəza zamanı 72-BF-163 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə 67-AA-032 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub. Hadisə zamanı 1987-ci il təvəllüdlü Novruzov Orxan Nüsrət oğlu, Əkbərov Səfər Mahmut oğlu və 1989-cu il təvəllüdlü Rzayev Rahib Elxan oğlu xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
71
5
cebheinfo.az

6Mənbələr