Türkiyənin 81 əyalətində qeyri-qanuni miqrasiya və onun təşkilatçılarına qarşı keçirilən yoxlamalar zamanı 14-ü xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə, 52 təşkilatçı tutulub.
Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, şəxsiyyət vəsiqələrinin yoxlanılması zamanı isə 666 qeyri-qanuni miqrant saxlanılıb.
Nurlana ƏhmədovaMissiya.Az