EN

Tulada müdafiə zavoduna hücum oldu

“Atəş” partizan hərəkatı Rusiyanın Tula şəhərində yerləşən hava hücumundan müdafiə zavoduna hücum edib və rabitə qülləsini dağıdıb.

XəzərNews.az xəbər verir ki, bu barədə sentyabrın 11-də hərəkatın “Telegram” kanalında məlumat verilib.

“Hərəkatımızın agentləri Tuladakı müdafiə zavodunda rabitəni uğurla sıradan çıxardılar. Təxribat nəticəsində biz ‘Şeqlovski Val’ ASC zavodunun yaxınlığında yerləşən rabitə qülləsini dağıtmağa nail olduq”, – açıqlamada qeyd olunur.

Məlumata görə, sözügedən müəssisə Rusiya hərbi-sənaye kompleksinə məxsusdur və burada hava hücumundan müdafiə sistemləri, sürətli atəş topları və atıcı silahlar hazırlanır. Zavodun sexlərində xüsusilə “Kornet” tank əleyhinə raket kompleksi (ATGM) və “Pantsir-S” zenit-raket sistemi (SAM) istehsal olunur.

“Əvvəllər biz artıq bu obyektin kəşfiyyatını aparmışdıq və Ukrayna müdafiə qüvvələri zavodu uğurla vurmuşdu. İndi isə daha fəal addımlar ataraq müəssisənin infrastrukturunu məhv edirik. Bu, hələ başlanğıcdır”, – “Atəş” hərəkatı bildirib.

Xəbər 3 dəfə oxunub.
Chosen
40
xezernews.az

1Sources