EN

Zərdabda qız oğurluğu: Cinayətkar həbs edilib

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Polis əməkdaşları tərəfindən cinayəti törədən 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

P.Əmircanov
XQ

Chosen
29
45
xalqqazeti.az

10Sources