EN

Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın bu həftə İrəvana gözlənilən səfəri erməni ictimaiyyəti tərəfindən geniş müzakirələrə səbəb olub.
BUTA.TVPublika.az-a istinadla xəbər verir ki, Türkiyə rəsmisinin İrəvanda qəbul edilməsini dəstəkləyənlər də var, qarşı çıxanlar da. Ermənistanın müxalif mediası isə bu səfəri rəsmi İrəvanın növbəti təslimçiliyi kimi təqdim etməyə çalışır. “Hraparak” nəşri yazır ki, Sərdar Kılıç Ermənistana təyyarə ilə yox, “Alican-Marqara” sərhəd məntəqəsindən keçməklə gələcək. Nəşr iddia edir ki, xüsusi nümayəndəni İrəvana göndərən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın əsas məqsədi Ermənistan qarşısında yeni tələblər irəli sürmək və onları qəbul etdirməkdir: “İndiyə qədər Ermənistan-Türkiyə sərhədlərinin açılması gündəmdə olsa da, praktiki olaraq, baş verməyib. Türkiyə sərhədin açılacağı vədini verərək, Ermənistandan istədiklərini alır. Misal üçün, 2022-ci ildə sərhədin açılacağını dedilər, daha sonra Qarabağda Azərbaycan istədiyinə nail oldu, lakin sərhədlər açılmadı. İndi də Türkiyənin Ermənistandan yeni gözləntiləri var. Səfir Kılıç da buna görə İrəvana gəlir”. Məqalədə qeyd olunur ki, İrəvanda türkiyəli diplomatın müzakirə edəcəyi əsas məsələ Zəngəzur dəhlizidir.

“Sərhədin açılmasına qarşılıq Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanla birlikdə istədiyi formada açılmasını istəyir. Məlumat var ki, ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizinin hüquqi rejimi ilə bağlı məsələləri müzakirə ermək üçün bu həftə Ermənistana gələcək. Türkiyə də bu danışıqlardan kənarda qalmaq istəmir və səfir Kılıçın səfəri də buna hesablanıb. Məqsəd Zəngəzur dəhlizi adlanan layihənin icrasını Azərbaycan və Türkiyənin şərtlərinə uyğun reallaşdırmağa nail olmaqdır. Ermənistana deyiləcək ki, dəhliz onların istədiyi kimi işləyəcəksə, sərhədlər də açılacaq, əks təqdirdə, bu baş verməyəcək”, - nəşr iddia edir.

Chosen
29
4
buta.tv

5Sources