EN

Otelin hamamında dəhşət dolu anlar - Tüklü canlı nədir? - VİDEO

İspaniyada bir oteldə çəkilən görüntülər sosial mediada gündəm olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, turist otelin hamam otağında krantın arxasından çıxan tüklü bir canlı ilə qarşılaşıb.

Qısa videoda, hamam krantından uzanan tünd rəngli tüklü əl görünür. 

Sosial media istifadəçiləri hadisəni müzakirəyə edib. Bəzi izləyicilər bunun zarafat və ya digital manipulyasiya ola biləcəyini düşünərkən, digərləri həqiqətən heyvanların bəzən borular vasitəsilə otaqlara girə biləcəyini bildirdi. Görüntüdəki canlı rakuna bənzədilib.

İspaniyada əvvəllər də oxşar hallar yaşanıb: Mallorcada bir evin hamamında tarantula, Alicantedə isə bir ev sahibinin tualetindən ilan tapılmışdı.

Kənan
Milli.Az

Chosen
13
1
milli.az

2Sources