EN

Azərbaycan nümayəndə heyəti Qazaxıstanda ali audit və maliyyə təcrübəsini müzakirə edir

BAKI, 11 sentyabr.TELEQRAF

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi və Maliyyə Nazirliyinin əməkdaşlarının da təmsilolunduğu nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdədir.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, səfər çərçivəsində Hesablama Palatasının sədri V.Gülməmmədov Qazaxıstan Respublikası Ali AuditorlarPalatasının sədri Alixan Smayılov ilə görüşüb. Görüşdə hər iki ali audit orqanı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qurumlarınfəaliyyəti barədə təqdimatlar edilib.

Həmçinin görüşdə ali audit orqanı ilə Maliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətin dövlət maliyyəsi sahəsində hesabatlılıq və şəffaflığın artırılmasındakı rolu vurğulanıb, büdcə vəsaitlərinin təyinata uyğun xərclənməsində birgə əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Maliyyə Nazirliyinin nümayəndələrinin səfərdə iştirakı praktiki təcrübə mübadiləsinə, həmçinin büdcə idarəçiliyi vəmaliyyə hesabatlılığının təkmilləşdirilməsinə töhfə verir.

Bundan əlavə, hər iki ölkənin ali audit orqanlarının vəmaliyyə nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilənseminarda dövlət büdcəsinin layihəsi və icrası, eləcə dəkonsolidasiya edilmiş maliyyə hesabatlarının auditimövzularında təqdimatlar edilib, maliyyə idarəçiliyinə dairgeniş təcrübə mübadiləsi aparılıb.

Eyni zamanda, səfər çərçivəsində nümayəndə heyəti və Qazaxıstan Maliyyə Nazirliyiarasında dövlət büdcəsininlayihəsi və icrası prosesinə dair bir sıra məsələlər, o cümlədən gəlir və xərclərin proqnozlaşdırılması metodologiyası, büdcə vəsaitlərinin idarəedilməsi, nəticəəsaslı büdcə, maliyyə hesabatlılığı və s. üzrəmüzakirələr aparılıb.

Xatırladaq ki, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022–2026-cı illər üzrəəməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın 19-cu bəndinə əsasən iki ölkənin ali auditorqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinəzərdə tutulub. Bu məqsədlə ötən il 2024–2026-cı illərüzrə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən edənTədbirlər Planı təsdiqlənib və tərəflər arasında əməkdaşlıq haqqında memorandum yenidən imzalanıb. Sözügedən sənəddə paralel auditlərin aparılması, kadrların peşəkarlığının artırılması məqsədilə təlim və seminarlarıntəşkili, qabaqcıl təcrübə mübadiləsi üçün işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulub.

Chosen
53
10
teleqraf.com

10Sources