EN

Ötən gün 22 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sentyabrın 10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 44 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilib.

"Cebheinfo.az" 

Chosen
10
13
cebheinfo.az

10Sources