AZ

22,5 kiloqrama yaxın narkotik vasitə götürülüb

DİN-nin Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 10-da ümumi çəkisi 22,5 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 44 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Məlumatda bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin  davam etdirildiyi bildirilir.

N.Adilqızı
XQ

Seçilən
7
16
xalqqazeti.az

10Mənbələr