2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, ümumilikdə 1,6 milyon şagirin təhsil alması gözlənilir.